Modern.az

Ukraynada 79 uşaq öldürülüb, 280 məktəb dağıdılıb

Ukraynada 79 uşaq öldürülüb, 280 məktəb dağıdılıb

Aktual

12 Mart 2022, 14:41

Rusiyanın Ukraynaya qarşı apardığı 16 günlük müharibədə işğalçılar 79 uşağı öldürüb, 100-ə yaxın uşaq isə yaralanıb. Həmçinin Ukraynada 280-dən çox təhsil müəssisəsi dağıdılıb, onlardan 9-u tamamilə məhv edilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Telegram kanalında bildirilib.

"Qurbanların əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Sumı, Xerson və Jitomir vilayətlərində olub. Rusiya Federasiyası silahlı qüvvələrinin aktiv döyüşlər apardığı atəş yerlərini yoxlamaq imkanının olmaması səbəbindən bu rəqəm yekun deyil", - prokurorluqdan bildiriblər.


Məlumata görə, Ukraynada 10-dan çox uşaq tibb müəssisəsinə də ziyan dəyib.


“Beləliklə, Ukrayna ərazisində aktiv hərbi əməliyyatlar və bu cür müəssisələrin qəsdən dağıdılması səbəbindən 7 milyon uşaq təhsil almaq imkanından məhrumdur”, - deyə məlumatda bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı