Modern.az

Komitə sədri gənclər təşkilatlarının rəhbərlərilə görüşüb

Komitə sədri gənclər təşkilatlarının rəhbərlərilə görüşüb

Aktual

12 Mart 2022, 14:40

"Beynəlxalq tərəfdaşlıqların qurulması vasitəsilə gənclər təşkilatlarının aktiv təmsilçilik prosesinə cəlb edilməsi" mövzusu çərçivəsində NAYORA-ya üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilə görüşü baş tutub. 

 

Modern.az xəbər verir ki, görüş zamanı beynəlxalq tərəfdaşlığın ölkə gəncliyinə verəcəyi faydalar, səmərəli iş prinsipi, sosial şəbəkələrin həyatımızdakı rolu, İrəvan səfəri zamanı Avronest Parlament Assambleyyası sessiyasından təəssüratlar  mövzusu ətarında müzakirələr aparılıb. Sonra gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar cənab Tahir Mirkişili tərəfindən cavablandırılıb.


NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, görüşdə iştirak etdiyi üçün Tahir Mirkişiliyə öz minnətdarlığını bildirib.

 

Sonda xatirə şəkili çəkilib və deputat Tahir Mirkişili NAYORA-nın xatirə dəftərinə xoş arzularını qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı