Modern.az

“Avro-2022”: Millimiz dördüncü səbətə düşdü

“Avro-2022”: Millimiz dördüncü səbətə düşdü

Aktual

12 Mart 2022, 17:23

Slovakiyanın Koşitse şəhərində keçiriləcək minifutbol üzrə Avropa çempionatının püşkatma mərasimi üçün iştirakçı ölkələrin səbət bölgüsü müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan millisi dördüncü səbətə düşüb. Həmin səbətdə Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa da yer alıb.

 

Ümumilikdə komandalar hərəsində 6 yığma olmaqla 4 səbətə bölünüblər.

 

Püşkatma mərasimi martın 14-də təşkil olunacaq.

 

Avropa çempionatı iyunun 4-dən 11-dək keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı