Modern.az

Daha bir güləşçimiz qızıl medal qazandı

Daha bir güləşçimiz qızıl medal qazandı

Aktual

12 Mart 2022, 22:35

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

 

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub.

 

Bundan əlavə, 79 kq-da Əşrəf Aşırov bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı