Modern.az

Bakıda 6 nəfər dəm qazından zəhərləndi

Bakıda 6 nəfər dəm qazından zəhərləndi

Aktual

13 Mart 2022, 08:02

Bakının ayrı-ayrı rayonlarında dəm qazından zəhərlənmə hadisələri baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Yasamal rayonunda 1996-cı il təvəllüdlü Hüseynova Sevinc Qəni qızı, 2008-ci il təvəllüdlü Rəsulova Ayla Rəşad qızı, Xəzər rayonunda 1987-ci il təvəllüdlü Yusubova Gülnar Hamlet qızı, Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1997-ci il təvəllüdlü Vəliyev Ülvi Şahverdi oğlu, Binəqədi rayonunda 2000-ci il təvəllüdlü Məmmədli Anar Xəyal oğlu, Nəsimi rayonunda 2003-cü il təvəllüdlü Rəsulzadə Nərmin Rövşən qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisələrin təfərrüatları araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!