Modern.az

Dəm qazı 38 yaşlı qadının həyatına son qoydu

Dəm qazı 38 yaşlı qadının həyatına son qoydu

Aktual

13 Mart 2022, 09:49

Sumqayıtda 38 yaşlı qadın dəm qazından boğulub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Köhnə Corat qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1984-cü il təvəllüdlü Məmmədkərimova Vüsalə Valeh qızı hamam otağında dəm qazından boğularaq ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı