Modern.az

Gürcü siyasətçi Ukraynaya görə namizədliyini geri götürdü

Gürcü siyasətçi Ukraynaya görə namizədliyini geri götürdü

Aktual

13 Mart 2022, 11:26

Gürcüstanda müxalifətin Rustavi üzrə vahid majoritar namizədi olan Badri Caparidze seçkidən imtina edib.

 

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Caparidze özü bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın dost Ukraynanı işğal etdiyi bir zamanda seçkilərin keçirilməsi düzgün deyil və buna görə də seçkilər üçün nəzərdə tutulmuş məbləğlə Ukraynaya yardım göndəriləcək.

 

Siyasətçi, həmçinin bildirib ki, partiyanın Ukraynada açdığı seçki qərargahı bu ölkəyə yardım toplanılması üçün istifadə olunacaq.

 

Xatırladaq ki, 2021-ci ilin yerli seçkiləri zamanı hakim partiyanın nümayəndəsi Nino Laçabidze Rustavinin meri seçildi və Cari ilin 2 aprel tarixində Rustavidə aralıq seçkiləri keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!