Modern.az

Türkiyədə 279-dan çox aviareys ləğv edildi

Türkiyədə 279-dan çox aviareys ləğv edildi

Aktual

13 Mart 2022, 12:22

"Türk Hava Yolları" aviaşirkəti İstanbul aeroportlarında 279-dan çox reysi ləğv edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

 

Martın 13-də İstanbul hava limanından 230, Sabiha Gökçen hava limanından isə 49 reys güclü qar səbəbindən ləğv olunub.

 

Bundan əvvəl aviaşirkət əlverişsiz hava şəraiti səbəbindən İstanbul və Sabiha Gökçen hava limanlarından 192 reysin təxirə salındığını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı