Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi 15 mart tarixində Bakıya gətiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Dəfn tarixi barədə əlavə məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Rüstəm İbrahimbəyov martın 12-nə keçən gecə 83 yaşında vəfat edib.
Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. O, Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 50-dən çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib.
R.İbrahimbəyov Moskvada yaşayırdı.
Kinodramaturq iki dəfə nikahda olub. Hər evlilikdən onun bir övladı doğulub – oğlu və qızı...