Bakı şəhərinin Səbail rayonunda arakəsmə divarları taxta konstruksiyalardan ibarət dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın ikinci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan mənzilin bir otağında divar sobasının ətrafı 15 kvadratmetr sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.