Modern.az

Rüstəm İbrahimbəyovla vida mərasimi - YENİLƏNİB

Rüstəm İbrahimbəyovla vida mərasimi - YENİLƏNİB

Aktual

13 Mart 2022, 13:57

Görkəmli dramaturq, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.

 

Modern.az xəbər verir ki, mərasim Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evinin böyük zalında keçirilib.

 

Vida mərasimində mərhumun qohumları, yaxınları, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və səfirliyimizin əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak ediblər. 

 

Rüstəm İbrahimbəyovun nəşinin martın 15-də Bakıya gətirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Rüstəm İbrahimbəyov martın 12-nə keçən gecə 83 yaşında vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı