Modern.az

Emrelinin komandası hücuma məruz qaldı

Emrelinin komandası hücuma məruz qaldı

Aktual

13 Mart 2022, 14:28

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” klubu Xorvatiya 1-ci liqasında "Hayduk"la qarşılaşmadan öncə hücuma məruz qalıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Splitdəki derbiyə gələn komandanın avtobusuna yerli fanatlar əşyalar atıblar.

 

Hücum nəticəsində “Dinamo” klubunun futbolçularının olduğu avtobusun şüşəsi qırılıb. Oxşar hadisə komanda stadiona yaxınlaşanda da baş verib, lakin xəsarət alan olmayıb.

 

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı