Rusiya qoşunları Ukraynanın Nikolayev bölgəsində yaşayış məntəqələrini bombardman edib. Hazırda adıçəkilən ərazidə güclü partlayış səsləri eşidilir.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nikolayevin meri Oleksandr Senkeviç bildirib.
"Kaset mərmiləri ilə bombardman olub. Hücumlar iki yaşayış məntəqəsini - Solyanye və Severnını əhatə edib. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb. 13 yaralı var, onlardan 7-si hazırda reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib", - mer açıqlamasında deyib.