Modern.az

200-ə yaxın şirkət Rusiyanı tərk edib

200-ə yaxın şirkət Rusiyanı tərk edib

Aktual

13 Mart 2022, 17:59

Rusiyanın Ukraynaya müharibəsi səbəbindən qlobal brendlər bu ölkənin bazarını tərk etməkdə davam edir. Hər gün onlarla xarici şirkətin ölkəni tərk etdiyi məlum olur.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Rusiyada vəziyyət kritik həddədir.

 

Məlumata görə, Rusiyanı tərk edən şirkətlərin sayı 200-ə yaxındır. Xüsusən onların arasında “Shell”, “Lufthansa”, “Airbus” (energetika, aviasiya), “Mercedes-Benz”, BMW, “Skoda Auto as”, “Audi” (avtomobilqayırma), “Bolt”, “Google Pay”, “Mastercard”, “Visa”, “Western Union” (maliyyə, hüquq mərkəzi, logistika), “Adidas”, “Puma”, “Nike”, “Disney” (mal və əyləncə), “Netflix”, “Apple”, “Spotify”, “Microsoft” (texnologiya sənayesi) və digərləri var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı