Çinin Daxili Monqolustan muxtar rayonunda yerləşən zavodda yanğın baş verib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, yanğın Baotou şəhərində saat 22:08-də başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər bir saata yanğını lokallaşdıra biliblər.
Təxminən saat 02:40-da yanğın tamamilə söndürülüb. Yanğın yerinə keçirilən baxış zamanı 7 nəfərin meyiti aşkarlanıb.
Hadisənin səbəbinin müəyyən edilməsi üzrə araşdırma aparılır.