Britaniyanın tanınmış tibb mütəxəssisi Sanjay Mehta bildirib ki, mədə xərçənginin bəzi əlamətləri erkən görünə bilər və beləliklə, xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verir.
Modern.az xəbər verir ki, bu barədə "Express" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki ilk əlamətləri qeyri-müəyyən olub və pasiyent onları başqa xəstəliklərlə qarışdıra bilər. Mehta bu mümkün əlamətlər arasında mədə qıcqırması, həzm sisteminin pozuntusu, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, həmçinin ürəkbulanma və qusma kimi halları qeyd edib.
Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, erkən xərçəng mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü göstərir. Bu da qan analizi zamanı məlum olur.