Modern.az

Daha bir ölkədən rusiyalı biznesmenlərə SANKSİYA

Daha bir ölkədən rusiyalı biznesmenlərə SANKSİYA

Aktual

14 Mart 2022, 10:02

Avstraliya hökuməti Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyatlar fonunda bu ölkənin 33 biznesmeninə qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Maris Peyn bəyanat verib.

 

“Avstraliya hökuməti bu gün rusiyalı 33 oliqarxa, tanınmış biznesmenə və onların ailə üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib”, - deyə bəyanatda qeyd edilir.

 

Siyahıda Roman Abramoviç, “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller, “Rostex”in başçısı Serqey Çemezov, “Rusiya” bankının direktorlar şurasının sədri Dmitri Lebedev və başqalarının adları yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı