Modern.az

Sabahdan Avtovağzal gücləndirilmiş rejimə keçir

Sabahdan Avtovağzal gücləndirilmiş rejimə keçir

Güncel

14 Mart 2022, 10:05

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib. Sanitar- gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.

 

Rəsmi məlumata görə, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı