Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, nazirliyin bir qrup məsul əməkdaşları ilə birgə Goranboy şəhərində olublar.
Modern.az xəbər verir ki, qonaqlar, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ilə birgə Goranboy şəhər Olimpia İdman Kompleksində, Gənclər evində və Üzgüçülük hovuzunda oldular, obyektlərin istismar vəziyyəti, burada gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın inkişafı ilə bağlı yaradılmış mövcud şəraitlə yerində maraqlandılar, çatışmazlıqların aradan qaldırılması və əlavə tədbirlərin görülməsi istiqamətlərində müzakirələr aparılıb.