Modern.az

Yağıntılı hava şəraiti davam edəcək - Xidmət rəisi

Yağıntılı hava şəraiti davam edəcək - Xidmət rəisi

Aktual

14 Mart 2022, 11:18

“Yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntının müşahidə ediləcəyi, küləyin arabir 15-18, bəzi rayonlarda 20-23 m/s-dək güclənəcəyi gözlənilir”.

 

Modern.az xəbər verir ki, bunu “Report”a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, temperatur rejimi aşağı olacaq, Bakıda 5-7 dərəcə intervalında dəyişəcək:

 

“Dağlıq rayonlarda gecə saatlarında 10-15, gündüz isə 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yağıntılar dağlıq və dağətəyi rayonlarda qar şəklində müşahidə ediləcək. Eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi şimal ərazilərində martın 15-dən 16-na keçən gecə yağışın sulu qarla qarışıq formada yağması ehtimal edilir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı