Modern.az

Azad edilən ərazilərdə daha 34 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 34 mina aşkarlandı

Aktual

14 Mart 2022, 11:40

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, martın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 27 mina və 82 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 86,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı