Modern.az

19 mart iş günüdür? - RƏSMİ

19 mart iş günüdür? - RƏSMİ

Aktual

14 Mart 2022, 13:00

Dövlət Əmək Müfəttişliyi Xidməti 19 mart tarixinin qeyri-iş günü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

 

Onun sözlərinə görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir:

 

"Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı