Modern.az

“Roskosmos” amerikalı astronavtı Yerə endirəcək

“Roskosmos” amerikalı astronavtı Yerə endirəcək

Aktual

14 Mart 2022, 13:10

“Roskosmos” heç vaxt tərəfdaşlarına onun etibarlılığına şübhə etmək üçün əsas verməyib, amerikalı astronavt martın 30-da Rusiyanın kosmik gəmisi ilə Yerə qayıdacaq.

 

Modern.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Roskosmos” dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.

 

“Amerikalı astronavt Mark Vande Hay martın 30-da Anton Şkaplerov və Pyotr Dubrovla birlikdə Rusiyanın "Soyuz MS-19" kosmik gəmisi vasitəsilə Yerə endiriləcək. “Roskosmos” heç vaxt tərəfdaşlarına onun etibarlılığına şübhə etmək üçün əsas verməyib”, - deyə mətbuat xidmətindən bildirilib. Qurum ekipaj üzvlərinin Beynəlxalq Kosmik Stansiyada təhlükəsiz çalışmasının “Roskosmos” üçün ən vacib məsələ olduğunu vurğulayıb.

 

Bir müddət öncə bəzi ABŞ KİV-ində Ukrayna ətrafında yaranan vəziyyətə görə tətbiq edilən sanksiyalar səbəbindən Rusiyanın amerikalı astronavt Mark Vande Hayı Yerə qaytaracağına şübhə ilə yanaşan materiallar dərc olunmuşdu.

 

Qeyd edək ki, martın 30-da Anton Şkaplerov, Pyotr Dubrov və ABŞ astronavtı Mark Vande Hayın "Soyuz MS-19" kosmik gəmisinin eniş aparatı ilə Yerə qaytarılması planlaşdırılır. Amerikalı astronavt Beynəlxalq Kosmik Stansiyada ötən il aprelin 9-dan işləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı