Modern.az

Qara görə 500-dən çox kəndlə əlaqə kəsildi

Qara görə 500-dən çox kəndlə əlaqə kəsildi

Aktual

14 Mart 2022, 13:34

Türkiyənin Şərqi Qara dəniz bölgəsində bir neçə vilayətdə kəskin hava şəraiti ilə əlaqədar 533 yaşayış məntəqəsinin yolları bağlanıb.

 

Modern.az-ın məlumatına görə, regionda bir neçə gün yağan qar ciddi fəsadlara səbəb olub.

 

Giresun vilayətində 184, Rize vilayətində 172 kəndin yolları bağlı qalıb. Bundan başqa, Artvin, Gümüşhane və Trabzon vilayətlərində yüzlərlə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

 

Fəsadların aradan qaldırılması üçün bölgələrə xilasedicilər və texnikalar cəlb edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı