Modern.az

Rusiya Ukraynanın 3920 hərbi obyektini sıradan çıxarıb

Rusiya Ukraynanın 3920 hərbi obyektini sıradan çıxarıb

Aktual

14 Mart 2022, 13:53

Rusiya Silahlı Qüvvələri Ukraynada 3920 hərbi infrastruktur obyektini sıradan çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Konaşenkovun sözlərinə görə, Ukraynaya məxsus 143 pilotsuz uçuş aparatı, 1267 tank və digər zirehli döyüş maşını, 124 reaktiv yaylım atəşi sistemi, 457 səhra artilleriya qurğusu və minaatan, həmçinin 1028 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

“Martın 14-nə keçən gecə Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatını, o cümlədən bir Bayraktar TB-2, “Buk-M1” zenit-raket kompleksini, istiqamətləndirmə və hədəf üçün bir radar stansiyasını vurub”, - Konaşenkov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı