Modern.az

Saakaşvili yenidən xəstəxanaya yerləşdirildi

Saakaşvili yenidən xəstəxanaya yerləşdirildi

Aktual

14 Mart 2022, 14:12

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yenidən xəstəxanaya yerləşdirilib. 

 

Modern.az xəbər verir  ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb.

 

Saakaşvili klinikada müxtəlif müayinələrdən keçdiyini bildirib:

 

“Həkimlər dərhal müalicəyə başlamağı məsləhət görüblər. Əks halda xəstəliyim sürətlə ağırlaşacaq, əlillik və ya ölümlə nəticələnəcək”.

 

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı