Modern.az

Sərnişinlər qara görə Şuşada qaldılar

Sərnişinlər qara görə Şuşada qaldılar

Aktual

14 Mart 2022, 14:24

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

 

Bu barədə Modern.az-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

 

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb”, - məlumatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı