Modern.az

Ukraynada dərslər distant keçiriləcək

Ukraynada dərslər distant keçiriləcək

Aktual

14 Mart 2022, 14:36

Ukraynada müharibə səbəbilə 5-11-ci siniflər üçün dərslər distant formada təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet məlumat verib.

 

Nazir, bildirib ki, bunun üçünhazırlıqlara başlanılıb:

 

"Müharibədə ən azı təhlükəsizlik şəraitinin imkan verdiyi qədər təhsil prosesinin təşkilinə çalışırıq".

 

"Sərhədsiz Öyrənmə" adı altında təşkil olunan layihə Ukrayna Təhsil və Elm Nazirliyi, Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Ukraynanın PLUSPLUS, Pixel və Public telekanallarının, eləcə də MEGOGO onlayn televiziya platformalarının birgə əməkdaşlığı əsasında həyata keçiriləcək.

 

Layihə çərçivəsində  5-11-ci sinif şagirdləri üçün hər gün ayrı bir fənnin video dərsləri yayımlanacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı