Fevralda Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə daxilolmalar 416 milyon 884,7 min manat olub.
Bu barədə DGK-dan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 101 milyon 509 min manat, əlavə dəyər vergisi üzrə 301 milyon 93 min manat, aksizlər üzrə 9 milyon 546 min manat, yol vergisi üzrə isə 4 milyon 734 min manat təşkil edib.