Modern.az

Cəmi 27 nəfərə vaksin vuruldu

Cəmi 27 nəfərə vaksin vuruldu

Aktual

14 Mart 2022, 15:36

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 263 773 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 314 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 803 747, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 926 687, pozitiv nəticədən sonra buster doza olunanların sayı 219 092 təşkil edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı