Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili Daxili Nazirliyindən (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Füzuli RPŞ-də araşdırma aparılır.
Modern.az xəbər verir ki, “Mercedes” markalı avtomobili idarə edən İlqar Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisidir. O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru xəsarət alıb. İ.Hümbətov xəstəxanaya yerləşdirilib.