Modern.az

İtkin düşən 84 yaşlı kişi axtarılır - FOTO

İtkin düşən 84 yaşlı kişi axtarılır - FOTO

Aktual

14 Mart 2022, 16:42

Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan 84 yaşlı Hüseynov Yunis İxtiyar oğlu 2020-ci il yanvarın 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən əlumata görə, onun yaddaş pozğunluğu olması ehtimal edilir.


Əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, qısa ağ saçlı, gözləri qəhvəyi rənglidir.   


Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi rəngli polver, başında qara papaq, ayağında qara ayaqqabı olub. 


Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 210-31-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı