Ermənistanda Apellyasiya Məhkəməsi silah tədarükü ilə məşğul olan sahibkar David Qalstyan (Patron Davo) barəsindəki həbs qətimkan tədbirini 50 milyon dram girov müqabilində zaminə buraxmaqla əvəz edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, David Qalstyandan fərqli olaraq, məhkəmə keçmiş müdafiə naziri David Tonoyanın, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəis müavini Stepan Qalstyanın, Hərbi Aviasiyanın keçmiş rəhbəri Avetik Muradyanın həbsini qüvvədə saxlayıb.