Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasiminin keçiriləcəyi məkan məlum olub.
Bu barədə Modern.az-a Kinematoqrafçılar İttifaqından məlumat verilib.
"Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq", - İttifaqdan bildirilib.
Qeyd edək ki, mərhumun nəşi martın 15-də Bakıya gətiriləcək.