Modern.az

Mübariz Qurbanlının qardaşı işdən ÇIXARILDI

Mübariz Qurbanlının qardaşı işdən ÇIXARILDI

Aktual

14 Mart 2022, 18:56

Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

 

O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

 

Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...