Modern.az

Boksçumuz 1/8 finala yüksəldi

Boksçumuz 1/8 finala yüksəldi

Aktual

14 Mart 2022, 19:45

Azərbaycan boksçusu Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatına qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda gürcüstanlı Luka Nikabadze ilə qarşılaşıb.

 

Rəqibinə 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə qalib gələn ölkə çempionu 1/8 finala yüksəlib. Onun növbəti rəqibi xorvatiyalı Alen Ahmetoviç olacaq. Döyüş martın 15-də baş tutacaq.

 

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan boksçusu Mirşərif Kazımzadə (75 kq) isə 1/16 finalda şotlandiyalı Hikki Samla bacarmayıb.

 

Qeyd edək ki, martın 15-də Nəbi İsgəndərovla yanaşı, yığmanın digər üzvü Murad Allahverdiyev (80 kq) də rinqə çıxacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı