Modern.az

Paşinyan və Blinken Qarabağı MÜZAKİRƏ ETDİ

Paşinyan və Blinken Qarabağı MÜZAKİRƏ ETDİ

Aktual

14 Mart 2022, 22:55

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər Cənubi Qafqazdakı prosesləri və Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

 

Paşinyan və Blinken sərhədlərin demarkasiyası və delimitasiyası prosesi, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının mümkünlüyü, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı