Futbol üzrə Türkiyə Super Liqasında XIX turun derbi oyunu keçirilib. Həftənin əsas qarşılaşmasında "Qalatasaray" klubu əzəli rəqibi "Beşiktaş" komandasını qəbul edib.
Modern.az xəbər verir ki, "NEF Stadionu"nda təşkil olunan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Derbi görüşü maraqlı epizodlarla yadda qalıb.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qalatasaray" turnir cədvəlində 11-ci pilləyə yüksəlib, "Beşiktaş" isə 45 xalla 8-ci sırada qərarlaşıb.
Türkiyə Superliqası, 19-cu tur:
"Qalatasaray" - "Beşiktaş" - 2:1
Qollar: Akturkoğlu, 22 (1:0), 32 (2:0), Yılmaz, 85 (2:1)