Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri on minlərlə dinc sakin silah alıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Denis Monastırski deyib.
O, xatırladıb ki, bundan əvvəl “Müharibə dövründə mülki şəxslərin ölkənin müdafiəsində iştirakının təmin edilməsi haqqında” qanun qəbul edilib ki, bu da mülki şəxslərə odlu silah almaq imkanı yaradır.
Nazirin sözlərinə görə, istənilən Ukrayna vətəndaşı polisə müraciət edə, həqiqətən də Ukraynanın müdafiəsinə qalxdığını, könüllü birləşmələrə qoşulduğun sübut edə, ilk növbədə avtomat silah ala bilər.
"Biz artıq bütün ölkəyə bir neçə on min avtomat vermişik", – nazir deyib.
O əlavə edib ki, indi Belarusdan gələn təhlükəni nəzərə alaraq, Rovno vilayətində və Volında da əhaliyə silah paylamağı planlaşdırırlar.
“Silahlar Xarkov vilayətində, cəbhə xəttində olan bölgələrdə, eləcə də Kiyev və Kiyev vilayətində paylanır”, o əlavə edib.