Çernobıl Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisinin verilişi bərpa edilib.
Modern.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Tvitter səhifəsində məlumat paylaşılıb.
“Elektrik təchizatı xətti növbəti dəfə zədələndikdən sonra xarici enerji təchizatı yenidən bərpa olunub”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsində martın 9-da Çernobıl Atom Elektrik Stansiyasının enerjisi tamamilə kəsilmişdi.