Modern.az

Müharibə başa çatır - Bir həftə ərzində sülh olacaq

Müharibə başa çatır - Bir həftə ərzində sülh olacaq

Aktual

15 Mart 2022, 10:00

Rusiya ilə Ukrayna arasında bir həftə ərzində sülh razılaşması əldə oluna bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin nümayəndəsi Aleksey Arestoviç bildirib.

 

“Rusiya ilə Ukrayna arasında sülh razılaşması ən tez bir-iki həftə ərzində, ən geci mayda əldə oluna bilər. Düşünürəm ki, mayın əvvəlindən gec olmayaraq, biz sülh razılaşmasına nail olmalıyıq, bəlkə də daha tez. Bir həftə və ya başqa bir raunddan sonra sülh müqaviləsi bağlana bilər”,- Ukrayna rəsmisi deyib.

 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu bazar ertəsi videokonfrans formatında keçirilib. Görüşdən sonra Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, danışıqlar çərşənbə axşamı davam etdiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı