Modern.az

Zaur Yusifovun qətlinə görə avtoritetin xalası oğlu SAXLANILDI

Zaur Yusifovun qətlinə görə avtoritetin xalası oğlu SAXLANILDI

Aktual

15 Mart 2022, 09:53

Dünən axşam saatlarında Bakıda dünya çempionu Zaur Yusifovu güllələyərək öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Modern.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisədən dərhal sonra polis əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə ittiham edilən 22 yaşlı Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

 

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiq ediblər.

 

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu 6-cı mikrorayon ərazisində Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

 

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

 

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı