Modern.az

Dələduz "bankir" DİN rəsmisinə kredit təklif etdi - FOTOFAKT

Dələduz

Aktual

15 Mart 2022, 12:05

Özünü bank rəhbəri kimi təqdim edən şəxs Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə +229 96 90 47 35 nömrəsindən - "WhatsApp" üzərindən mesaj yazaraq, şəxsi məlumatlarını ələ keçirməyə cəhd edib.

 

Modern.az xəbər verir ki, DİN rəmisi bu barədə sosial şəbəkə hesabında məlumat verib.

 

""WhatsApp" üzərindən mənimlə yazışır. Kredit təklif edir. Nömrə feykdir. Yazı ifadəsindən aydın duyulur ki, tərcümə ilə yazır. Şəxsi məlumatları istəyir", şöbə rəisi bildirib.

 

E.Hacıyev yazışmanı əks etdirən fotoları da ictimailəşdirib.

 

Gülşən

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...