Modern.az

Məşhur tütün istehsalçısı aktivlərini Rusiyadan köçürür

Məşhur tütün istehsalçısı aktivlərini Rusiyadan köçürür

Aktual

15 Mart 2022, 12:30

Dünyanın dördüncü ən böyük siqaret istehsalçısı olan Böyük Britaniyanın tütün şirkəti "Imperial Brands", Rusiyadakı aktivlərini və əməliyyatlarını köçürəcək.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət internet saytında açıqlama yayıb.

 

"Biz yerli, üçüncü tərəflə Rusiya aktivlərimizin və əməliyyatlarımızın təhvil verilməsi ilə bağlı danışıqlara başlamışıq. İnanırıq ki, hazırkı şəraitdə biznesimizin ardıcıl şəkildə ötürülməsi rusiyalı həmkarlarımızın maraqlarına uyğun olardı. Biz Rusiyada satış-marketinq əməliyyatlarımızda, Volqoqraddakı fabrikimizdə 1000 işçi işlədirik və onların təhlükəsizliyi bu prosesdə bizim əsas prioritetimizdir. Biz həmçinin hər hansı transfer başa çatana qədər onların maaşlarını ödəməyə davam edəcəyik”, - deyə məlumatda bildirilir.

 

Əvvəlki xəbərlərdə deyilirdi ki, "Imperial Brands" Rusiyadakı bütün əməliyyatlarını, o cümlədən Volqoqrad fabrikində istehsalı dayandırıb. Davidoff, Richmond və Gitanes brendlərinin sahibi olan şirkət martın 9-da bildirib ki, əməliyyatlar dayandırılarkən maaş almağa davam edən rusiyalı işçilərinə dəstək olacaq.

Bundan əvvəl "Imperial Brands" Ukraynadakı bütün əməliyyatlarını dayandırıb. Bəyanata görə, ümumilikdə Rusiya və Ukrayna 2021-ci ildə şirkətin xalis gəlirlərinin təxminən 2%-ni və düzəliş edilmiş əməliyyat mənfəətinin yarısını təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?