Modern.az

Rusiya ilə əməkdaşlıq edənlər həbs olunacaq

Rusiya ilə əməkdaşlıq edənlər həbs olunacaq

Aktual

15 Mart 2022, 12:40

Ukrayna Prezidenti Volodimir Zelenski “təcavüzkar dövlət”lə əməkdaşlıq edən hər kəsin həbsxanaya göndərilməsi ilə bağlı qanun imzalayıb.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Korniyenko deyib.

 

“2015-ci ilin yanvarında Ukrayna hakimiyyəti Rusiya Federasiyasını rəsmən “təcavüzkar ölkə” elan edib. Martın 3-də Ali Rada ölkənin cinayət məcəlləsinə düzəlişlərlə bağlı qanunlar qəbul edib. Birinci sənəddə “təcavüzkar dövlət”lə əməkdaşlığa görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, ikinci sənəd birinci qanunla mühakimə olunanlarla bağlı siyasi partiyaların ağlanmasına icazə verir”,- açıqlamada qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı