Modern.az

Ukraynada 20 deputat müharibəyə görə ölkədən QAÇIB

Ukraynada 20 deputat müharibəyə görə ölkədən QAÇIB

Aktual

15 Mart 2022, 13:26

Ukrayna parlamentinin (Ali Rada) 20-yə yaxın deputatı hazırda ölkə xaricindədir. Ali Radanın rusiyayönümlü deputatları müharibədən qorxaraq xaricə qaçıb.


Modern.az xəbər verir ki, bunu “Ukrayna 24” kanalının efirində Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko deyib.


"Müxtəlif rəqəmlər var... 20-yə yaxın deputat Ukraynada yoxdur”.


Korniyenko xəbərdarlıq edib ki, Ukrayna Təhlükəsizlik Xidməti müvafiq qanun qüvvəyə minən kimi fərari deputatların - satqınların qayğısına qalacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı