Modern.az

Gəncə terroru şagirdlərin baxışında - Rəsm və yazı müsabiqəsi keçirilir

Gəncə terroru şagirdlərin baxışında - Rəsm və yazı müsabiqəsi keçirilir

Aktual

15 Mart 2022, 12:31

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gəncə terroru - Gələcək nəsillər üçün qan yaddaşı” adlı layihə həyata keçirir. 

Layihənin məqsədi 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı vəhşicəsinə törədilən Gəncə terrorunu tanıtmaq, yeniyetmə və gənclər arasında milli vətənpərvərlik hisslərini gücləndirməkdir. 3 aylıq layihədə Gəncə terroru mövzusunda Gəncə şəhər məktəbliləri (yuxarı sinif şagirdləri) arasında yazı inşa müsabiqəsinin, Rəssamlıq Məktəbi şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Müsabiqədə qalib gələn yazı və rəsm müəllifləri xüsusi diplom və hədiyyələrlə mükafatlandırılacaq. (Müsabiqədə iştirka etmək istəyənlər  (+994 22)  66 95 43, (+994 55) 835 96 47 telefonları və [email protected] emaili ilə əlaqə yarada bilərlər).

Həmçinin Gəncə terroru ilə bağlı materialların toplandığı 3 dildə (Azərbaycan, ingilis, rus) saytın qurulması üzərində iş gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı