Modern.az

Jirinovski hələ ki dərmanlarla yaşayır

Jirinovski hələ ki dərmanlarla yaşayır

Aktual

15 Mart 2022, 14:34

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yavaş-yavaş özünə gəlməyə başlayıb, amma huşu tam özündə deyil.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə LDP sədrinin yerləşdirildiyi xəstəxanadan bildirilib.

Siyasətçiyə yuxu və bədənin bərpası üçün sakitləşdirici dərmanlar verilir. Testin nəticələrinə görə, Jirinovskinin vəziyyəti ağır stabil kimi qiymətləndirilir, lakin dinamika ümumilikdə müsbətdir.


Həkimlər bildirirlər ki, bəzən sakitləşdirici dərmanların təsiri bitdikdən sonra Jirinovski özündən çıxır. Belə məqamlarda siyasətçi söyüş söyməyə başlayır, lakin onun sözlərində məntiqi əlaqə yaratmaq mümkün deyil.


LDP sədrinin tibb müəssisəsindən buraxılması ilə bağlı hələ ki heç bir söhbət olmayıb.


Vladimir Jirinovski fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla təcili xəstəxanaya yerləşdirilib. Bir aydan artıqdır ki, siyasətçi yataq xəstəsi olaraq qalır, o, həyatı dəstəkləyən cihazlara qoşulub.

75 yaşlı Jirinovski süni komaya salınıb, partiya lideri gecə-gündüz süni nəfəs aparatındadır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı