Gürcüstan prezidentinin istənilən şəxslə görüşü və xarici ölkəyə səfəri hökumətlə razılaşdırılmalıdır.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, qanunda xarici səfərlərlə bağlı hökumətlə razılaşma öhdəliyi var.
“Salome Zurabişviliyə xaricə səfər üçün icazə verilməməsinin səbəbi hazırkı beynəlxalq vəziyyətlə bağlıdır. Hökumətin bütün üzvləri Ukraynada genişmiqyaslı müharibə kimi çətin regional proseslərin getdiyi bir dövrdə Prezidentin ölkədə qalmasını məqsədəuyğun hesab edir və bu səbəbdən hökumət onun xaricə səfərinə razı olmayıb”,- Qaribaşvili qeyd edib.