Modern.az

İndiyədək “Buster” doza vurduranların sayı

İndiyədək “Buster” doza vurduranların sayı

Aktual

15 Mart 2022, 15:37

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1847, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 460, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1132 nəfərdir.

 

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 286 364, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 315 399 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 805 594, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 945 147, pozitiv nəticədən sonra buster doza olunanların sayı 220 224 təşkil edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...